13 nömrəli UMM “Şuşa ili”nə həsr olunmuş hesabat konserti keçirib - FOTOLAR

25 May 2022 11:19 (UTC+04:00)

May ayının 24-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin “Şuşa ili”nə həsr olunmuş “Zəfərimiz, müstəqilliyimiz əbədidir” adlı hesabat konserti keçirilib. SİA xəbər verir ki, hesabat konsertində ilk öncə aparıcı çıxış edərək qeyd edib ki, 28 May 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətinin yaranma günüdür.

Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə, əlamətdar hadisə “Müstəqillik günü” kimi qeyd edir. Bu gün Azərbaycan xalqı müasir dövlətçilik tarixinin quruculuq dövrünü yaşayır. Xalqımızın şanlı tarixinə yazılan 28 May 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması günüdür. Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə “Müstəqillik günü” kimi qeyd edir.

Bu gün Azərbaycan xalqı müasir dövlətçilik tarixinin qürurverici dövrünü yaşayır.44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu tarixin ən böyük hadisəsi oldu. Bu şanlı qələbəni bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan ordusunun şəxsi heyəti, əsgər və zabitlərinə, qanları ilə tarix yazan igid və qazilərimizə borcluyuq. İgid şəhidlərimizin ruhu qarşısında baş əyirik. Tarixi zəfərdən qərinələr keçəcək, illər ötəcək amma tarix bu şanlı qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.

İndi isə Sizi məktəbimizin “Şuşa ili”nə həsr etdiyi yekun konsertə baxmağa dəvət edirik.

Tədbirin sonunda 13 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Tofik Salmanov çıxış edərək, məktəb kollektivinə yüksək səviyyədə konsert təşkil etdiklərinə görə öz təşəkkürünü bildirdi. Sonra o, tədbirdə iştirak edən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin işçilərinə, başda İdarənin rəisi İbrahim Əliyevə, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar Ramiz Quliyevə, Vamiq Məmmədəliyevə, Aftandil İstafilova, Xətai rayon YAP-nın sədri Vüqar Rəhimzadəyə, Xətai rayon İctimai-siyasi şöbənin müdiri Pənah İmanova, Bakı şəhər Uşaq İncəsənət və musiqi məktəbinə, Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoruna, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Məmmədova, tədbirdə iştirak edən qazilərə öz minnətdarlığını bildirdi.
Söz Respublikanın Xalq artisti, professor Ramiz Quliyevə verildi. Ramiz Quliyev çıxış edərək qeyd etdi ki, “Bu günkü konsert bir daha sübut etdi ki, respublikamız günü-gündən inkişaf etdikcə Azərbaycan mədəniyyəti də inkişaf edir. Mən əvvəllər bu məktəbdə olmuşam. Lakin bu günki konsert sübut etdi ki, məktəbin direktoru Tofiq müəllim və digər müəllimlər bu məktəbdə əziyyət çəkib. Ona görə də bu konsert burada əyləşən tamaşaçıları həddən artıq razı saldı”.

Sonra Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Məmmədov çıxış edərək qeyd etdi ki, “Mən çox şadam ki, bizim məzunlarımız musiqi məktəblərində müəllim işləyib bizim üzümüzü ağardır. Bu məktəbdə bizim məzunlarımız müəllim işləyirlər”.

Sonda Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəisi İbrahim Əliyev və Xalq artistləri şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Məmmədhəsən Məmmədov