“Kardiak MRT hansı xəstəliklərdə istifadə edilir?”

25 May 2022 11:23 (UTC+04:00)

Kardiak MRT müayinəsi ən çox ürək çatışmazlığı xəstəliklərində istifadə olunur. Bundan başqa Kardiak MRT müayinəsi vasitəsilə ürək çatışmazlığının dərəcəsi, kameralar və qapaqlarda yaranan dəyişikliklər, ürək çatışmazlığının geri dönən olub-olmaması barədə ətraflı məlumat almaq olur. Həmçinin, bu müayinədən perikard, anadangəlmə ürək xəstəlikləri, qapaq xəstəlikləri, aorta xəstəlikləri; koronar arteriya xəstəliyində ürək əzələsinə təsir dərəcəsi və oksigenləşmə pozğunluğunun olub-olmamasını bilmək üçün istifadə olunur.

Ürək döyüntüsü, huşun itməsi, başgicəllənmə və ritm pozğunluğu kimi simptomları olan xəstələrə, bu simptomların yaranmasına səbəb ola bilən anatomik, hemodinamik pozğunluğu araşdırmaq üçün Kardiak MRT müayinəsi edilir. Anadangəlmə ürək xəstəlikləri və aorta xəstəlikləri olan xəstələrdə exokardioqrafiya ilə görüntü keyfiyyəti zəif olduğu hallarda, xəstələrə radiasiya vermədən, ağrısız diaqnoz qoyulmasını təmin edir, o cümlədən təqib və müalicə prosesinədə kömək edir.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtissalı radioloqları tərəfindən Kardiak MRT müayinəsi Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir. İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq ətraflı məlumat almaq və müayinə üçün qeydiyyatdan keçmək mümkündür.