Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir

25 May 2022 07:29 (UTC+04:00)

Çobanyastığı çayı saça qulluq və ağız sağlamlığı üçün olduqca faydalıdır. Baş dərisindəki qıcıqlanmanı aradan qaldırır və kəpək problemindən əziyyət çəkənlər üçün mükəmməl vasitədir. Saç tellərini gücləndirir, saçlara yumşaqlıq verir. Çobanyastığı çayının digər bir faydası da antiseptik xüsusiyyətlərə malik olmasıdır. Bu səbəbdən ağız qoxusunun və diş çürüməsinin qarşısını alır, dişləri qoruyur. Diş ağrıları üçün ağrıkəsici effekti yaradır. Eyni zamanda əzələ ağrıları üçün də təsirlidir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, çobanyastığı güclü antibakterialdır. Soyuqdəymə, boğaz ağrısı kimi halları aradan qaldırır. Xüsusilə sinuzitdən əziyyət çəkənlərin çobanyastığı çayından istifadə etməsi tövsiyə olunur. Tərkibində olan maddələr səbəbindən qaraciyərin təmizlənməsinə, qorunmasına və sağlamlığına kömək edir.

Çobanyastığı çayı bədənin allergenlərə qarşı immun reaksiyasını dəyişməyə səbəb olur və allergik reaksiyaları sakitləşdirir.

Mütəxəssislər müntəzəm olaraq çobanyastığı çayı istehlakının orqanizmdə antibakterial xüsusiyyətlərə malik maddələri artırdığını qeyd ediblər. Bu çayın xüsusilə qışda içilməsi həm immunitet sistemini gücləndirmək, həm də soyuqdəymə, boğaz ağrısı kimi şikayətləri azaltmaq üçün faydalıdır.