Kanada Ukraynaya yeni hərbi yardım paketini qəbul edib

25 May 2022 05:48 (UTC+04:00)

Kanada Ukraynaya tədarük etdiyi 155 mm-lik M777 haubitsaları üçün 20 mindən çox mərmi göndərmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanadanın müdafiə naziri Anita Anand Britaniya Kolumbiyası əyalətinə səfəri zamanı bildirib.

Anand əlavə edib ki, yardım partiyası çox yaxın vaxtlarda Ukraynaya gələcək.