Avtomobil dirəyə çırpılıb, sürücü ölüb

25 May 2022 03:13 (UTC+04:00)

Sabirabadda baş verən qəzda 27 yaşlı sürücü ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb.

Kəndin sakini, 1995-ci il təvəllüdlü Abasov Emin Nurəddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili eletrik dirəyinə çırpıb. Nəticədə sürcü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.