ABŞ Prezidenti Texasdakı hadisə ilə bağlı bəyanat verəcək

25 May 2022 02:17 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma haqqında məlumatlandırılıb. O, həlak olanların ailələrinə başsağlığı verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, ABŞ lideri hadisə ilə əlaqədar bəyanatla çıxış edəcək. Karin Jan-Pyer bunları özünün tvitter hesabında paylaşıb.

Daha əvvəl ştatın qubernatoru Qreq Ebbot CBS telekanalının yerli bölməsinə fövqəladə vəziyyət nəticəsində azı 14 şagirdin və 1 müəllimin həlak olduğunu bildirib. Onun sözlərinə görə, hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.