"Rusiya davranışının ciddi nəticələrini yaşamalıdır..."

24 May 2022 23:23 (UTC+04:00)

“...Rusiya uzun müddət qlobal iqtisadiyyatda iştirakın üstünlüklərindən məhrum edilməlidir”

“İnterfaks” xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı bildirib.

SİA bu barədə rus saytına istinad edir.

Saytın yazdığına görə, Raymondo belə deyib: “...Rusiya davranışının ciddi uzunmüddətli nəticələrini yaşamalıdır. O, uzun müddət dünya iqtisadiyyatının və qlobal iqtisadi nizamın faydalarından məhrum olmalıdır”.

Ticarət nazirinin sözlərinə görə, Rusiya Federasiyasına qarşı ixrac məhdudiyyətləri “yaxın gələcəkdə aradan qalxmayacaq”. Nazir həmçinin bildirib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması imkanlarını müzakirə etmək hələ tezdir. "İndi biz bu məsələni müzakirə etməyə belə başlaya bilmərik"-deyə o bildirib.

Raymondonun fikrincə, bu istiqamətdə ilk addım Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatının dayandırılması olmalıdır.

Ağasəf Babayev