Suriya böhranı ilә bağlı növbәti görüş Qazaxıstanda keçirilәcәk

24 May 2022 22:50 (UTC+04:00)

Suriya mәsәlәsi ilә bağlı 18-ci Astana görüşü 14-16 iyunda Qazaxıstanın paytaxtı Nur-Sultan şәhәrindә keçirilәcәk.

SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstan Xarici İşlәr Nazirliyinin sözçüsü Aybek Smadiyarov Suriya böhranı ilә bağlı Astana görüşünün gәlәn ay Qazaxıstanda keçirilәcәyini bildirib.

Aybek Smadiyarov iyunun 14-16-da keçirilməsi planlaşdırılan danışıqların paytaxt Nur Sultanda keçiriləcəyini və hazırda Astana görüşlәrinin qarantları və müşahidәçi statusundakı ölkələrin iştirakını təsdiqləmək üçün prosesi başlatdıqlarını açıqlayıb.

Sonuncu dəfə 21-22 dekabr 2021-ci ildə keçirilən Suriya üzrə 17-ci Astana görüşündә Suriyadakı mövcud vəziyyət, humanitar yardımın çatdırılması, Suriya Konstitusiya Komitəsi ilә bağlı prosesin bәrpası, əsir mübadiləsi, girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı kimi mövzular müzakirә olunmuşdu.