“Humanizmin bariz nümunəsi...”

24 May 2022 22:45 (UTC+04:00)

...Demə, Rusiya hərbçilərinin Ukraynaya hücumu qəsdən ləngidilir. Sən demə, bu rusların humanistliyindən irəli gəlirmiş.

“RİA Novosti”nin verdiyi SİA-nın da ondan əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, mayın 24-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu məlumat verib.

Nazirin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mühasirəyə alınmış yaşayış məntəqələrindən dinc əhalinin çıxması üçün humanitar dəhlizlər yaradır və sükut rejimləri elan edir. Ona görə də, bu, əlbəttə ki, hücumun sürətini ləngidir... “lakin bu, mülki itkilərin qarşısını almaq üçün bizim tərəfdən qəsdən edilir.”.

Bunu müdafiə naziri Sergey Şoyqu deyib.

Ağasəf Babayev