Özünü dünyanın ən yaxşılarından biri hesab edir

24 May 2022 22:09 (UTC+04:00)

"Real"ın qapıçısı Tibo Kurtua özünü dünyanın ən yaxşı qapıçılarından biri adlandırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper "Sport.es"ə açıqlamasında:

“Bu, mənim uzun illərdir gördüyüm işimdir. İki il ərzində əla səviyyədə oldum. Ən yaxşı mövsümlərimdən biri idi. Bəli, mən dünyanın ən yaxşılarından biriyəm, amma ən yaxşı olduğumu söyləmək çətindir".

Qeyd edək ki, "Real" mayın 28-də Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq.