"Atletik"in baş məşqçisi istefa verdi

24 May 2022 22:02 (UTC+04:00)

İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis özü başa çatan müqaviləsini yeniləmək istəməyib..

"Atletik" La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.

Qeyd edək ki, İspaniya mətbuatı Qarsiyanın klub rəhbərliyi ilə münaqişəsinin olduğu yazmışdı. O, 2021-ci ildən "Atletik"i çalışdırırdı.