Mövlud Çavuşoğlu Fәlәstinә sәfәr edib

24 May 2022 21:24 (UTC+04:00)

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstinin Ramalah şәhәrinә sәfәr edib.

SİA-nın əldə etdiyi məlumata görə, Nazir Mövlud Çavuşoğlunu daşıyan tәyyarә İsrailin paytaxtı Tel Әvivdәki Ben Qurion hava limanına eniş edib. Mövlud Çavuşoğlu burada israilli rәsmilәr tәrәfindәn qarşılanıb.

Türkiyәnin XİN rәhbәri Fәlәstinә etdiyi sәfәr çәrçivәsindә ilk olaraq Fәlәstin Xarici İşlәr Nazirliyindә olub. Burada xarici işlәr naziri Riyad әl-Maliki tәrәfindәn qarşılanan Mövlud Çavuşoğlunun Türkiyә-Fәlәstin Komitәsinin ikinci iclasına da qatılacağı bildirilir. Mәlumata görә, Çavuşoğlu daha sonra Türkiyәdә mәzun olan fәlәstinli tәlәbәlәrlә görüşәcәk.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu Fәlәstin dövlәt başçısı Mahmud Abbas tәrәfindәn dә qәbul edilәcәk.

Mövlud Çavuşoğlunun sabah İsrailә qayıdaraq hәmkarı Yeir Lapid ilә ikitәrәfli görüş keçirәcәyi bildirilir. Görüşdә ikitәrәfli münasibәtlәr ilә yanaşı, regional vә qlobal mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması nәzәrdә tutulur.