Bosniya və Herseqovinada penoplast zavodunda yanğın baş verib

24 May 2022 20:42 (UTC+04:00)

Bosniya və Herseqovinanın Bihaç şəhərində penoplast istehsal edən zavodda irimiqyaslı yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Zavodun bütün binasını əhatə edən yanğın zamanı dəymiş ziyanın böyük olduğunu bildirib.

Yanğının başvermə səbəbi bilinmir. Hadisə zamanı insan itkisi olmayıb.