“Brüsseldə keçirilən görüşdə konkret razılaşmalar əldə olundu” AÇIQLAMA

24 May 2022 16:43 (UTC+04:00)

“Brüsseldə keçirilən görüşdə konkret razılaşmalar əldə olundu. Sayca 3-cü olan görüş 2-ci görüşdə əldə olunan razılaşmalara əsaslanırdı”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.

M.Əsədullazadə bildirib ki, Avropa İttifaqının prezidentinin Ermənistanın bu prosesə hansı istiqamətdə yanaşacağına diqqət edəcək: “Brüssel yaxşı bilir ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və Azərbaycan tam şəkildə sülhə hazırdır. Amma Ermənistan indiyə qədər manevrlər edir və əldə olan razılaşmaları pozur, xüsusilə Avropa İttifaqının regionda geostrateji siyasətini demək olar ki, sabotaj edir. Bundan sonrakı prosesdə Ermənistan tərəfi də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya formalaşdırıb. Ola bilsin ki, burada Moskva prosesə mane olsun və danışıqları müəyyən qədər sabotaj etsin və Ermənistan tərəfi vaxt uzatsın. Yəni bunları istisina etmirəm. İlin axırına kimi bu proses uzanacaq. Yəni görüntü xarakteri olaraq bu komissiyanı formalaşdırıb. Bir sözlə, komissiya formalaşa və danışıqlar başlaya bilər, amma bu o demək deyil ki, hər şey həll olundu. İlk növbədə Ermənistan tərəfi konkret addımlar atmalıdır. Amma bu proses uzun çəkəcək. İlk növbədə sənədləşmiş iş getməlidir və sonra delimitasiya və demarkasiya prosesi həyata keçirilməlidir. Amma göründüyü kimi Ermənistan tərəfi indidən müəyyən pravakasiya xarakterli açıqlamalar verir”.