İraqda dörd türkiyəli hərbçi həlak olub

24 May 2022 16:29 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyatı bölgəsində dörd türk hərbçi həlak olub.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Bundan başqa, daha 3 hərbçinin yaralandığı deyilir.

Türkiyə ordusu bölgədə antiterror əməliyyatlarını davam etdirir.