MGH-nin endokrinoloqları 43-cü Endokrinoloji və Metabolik Xəstəliklər konqresində iştirak ediblər

24 May 2022 16:04 (UTC+04:00)

18-22 may 2022-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin endokrinoloqları Şəbnəm Əlirzayeva və Naidə Novruzova Türkiyənin Antalya şəhərində Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin təşkilatçılığı ilə keçirilən 43-cü Endokrinoloji və Metabolik Xəstəliklər konqresində iştirak ediblər. Konqresdə endokrinoloji, piylənmə, diabet xəstəliyi və onun müalicə yolları barədə nüfuzlu endokrinoloqların elmi məruzələri, çıxışları dinlənilib, qrup təqdimatları və müzakirələr aparılıb. Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.