Masallıda şəhid Əli Nəcəfovun doğum günü münasibətilə məzarı ziyarət edilib FOTOLAR

24 May 2022 15:48 (UTC+04:00)

Masallı rayon Tüklə kəndində Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon təşkilatının fəalları şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü münasibəti ilə şəhidin Tüklə kəndində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Rəfiqə