Bu görüş əvvəlki görüşlərdən bir addım irəlidə idi - DEPUTAT AÇIQLADI

24 May 2022 15:21 (UTC+04:00)

"Brüssel görüşü Azərbaycan-Ermənistan postmünaqişə dövründə yeni bir mərhələ idi. Ermənistanın 44 günlük Vətən müharibəsində ciddi məğlubiyyətdən sonra Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə, qonşuluq münasibətlərinin mahiyyətini dəyişməyə çalışırdı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının müəyyən bir hissəsini manupuliyasiya ilə qanuni şəkildə öz nəzatətində saxlamağa cəhd göstərirdi: "Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial düşünülmüş milli maraqlara cavab verən siyəsəti nəticəsində Ermənistanın bütün bu istəkləri puç oldu. Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətləri qurmaq təklifləri beynəlxalq hüquq normalarına və beynəlxalq praktikaya tam cavab verir. Son dövrdə Azərbaycanın Ermənistanla münasibətlər üçün irəli sürdüyü 5 prinsip bu gün dünya tərəfindən qəbul edilib və Ermənustan da bunu qəbul etməyə məcbur oldu. Ermənistanın bütün cəhtləri puç olduqdan sonra Paşinyan Brüssel görüşünə razılıq verdi. Eyni zamanda bu gün Avropa Birliyi rəhbərliyi Azərbaycan-Ermənistan münasibətlərinin normal qonşuluq çərçivəsində davam etməsinə maraqlıdır və Azərbaycanın təkliflərini çox normal qarşılayıb.

Bu görüş əvvəlki görüşlərdən bir addım irəlidə idi. Bu görüşdə bir çox məsələlər öz həllini tapdı. Bunlar içərisində sərhədlərin demarkasiyası, humanitar əlaqələr, Zəngəzur dəhlizinin açılması, postmünaqişə dövrünün məsələləri kimi bir sıra mühüm mövzulardan söz edildi. Bu məsələlərin həll edilməsi ilk növbədə Ermənistanın marağındadır. Ermənistanın Türkiyə torpaqlarına qarşı olan iddiaları, düşmənçilik münasibəti saxlaması ona ciddi problem yaradacaq. Bu gün Ermənistan iki illik dirənişdən sonra Azərbaycanın təklif etdiyi 5 şərtin onların da maraqlarına cavab verdiyini anlayıb. Ümid edirik ki, Ermənistan növbəti dəfə məsələnin mahiyyətini dəyişməyə cəhd göstərməyəcək. Azərbaycan bu məsələlərə məsuliyyətlə yanaşır. Bu yanaşma Azərbaycanın hüquqlarının qorunmasına, milli maraqların qorunmasına xidmət edir”.