Bu şəxslər məscidlərdə vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edə biləcəklər - SƏDR MÜAVİNİ AÇIQLADI

24 May 2022 12:05 (UTC+04:00)

“Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edə biləcəklər”. SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, söhbət Komitənin razılığı ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xaricdə təhsil almağa göndərilən şəxslərdən gedir.

Arzu Qurbanlı