Yerli sakinlərə humanitar yardım kimi spirt paylanır

24 May 2022 06:22 (UTC+04:00)

Zaporojye vilayətinin Vasilyevski rayonunun Vodiane kəndinin sakinlərinin sözlərinə görə, rus hərbçiləri kəndə humanitar yardım adı altına onlara Ukrayna istehsalı olan spirtli içkilər paylayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Zaporojye OVA-nın mətbuat katibi İvan Arefiyev məlumat yayıb.

Beləlilə, Vasilyevski rayonunun Vodiane kəndinin sakinlərinin sözlərinə görə, rus hərbçiləri kəndə benzin və humanitar yardım - Ukrayna istehsalı olan spirtli içkilər gətiriblər. İşğalçılar yerli əhali ilə əlaqə saxlayaraq, geri çəkilən zaman Vodiyanı məhv etmək hədəsinə də əl atırlar.

Amma bəzi yerli sakinlərin etirafına görə, onlar Ukraynada qalmayacaqlarını da gizlətmirlər.

Bu arada yerli ukraynalılar Rusiya Federasiyasının xeyli hərbi qulluqçusunun Mariupoldan texnika maşınla Poloqovski rayonunun Kamenka ərazisinə daxil olduğu da bildirilir. Əhalinin dediyinə görə, ruslar şəhərin yanğın-xilasetmə idarəsinə gələrək işçilərə onlara işləməyi təklif ediblər. Deyilənə görə, bundan imtina edən yerli ukraynalılar işdən çıxmaq barədə ərizə yazıblar.

Şahidlərin dediyinə görə, ruslar Melitopolda dinc əhaliyə silahlı basqının köməyi ilə pul qazanmağa çalışırlar.

Belə ki, şəhəri tərk etmək istəyən Melitopol sakinlərindən Rusiya hərbçiləri keçid məntəqələrində 3-5 min qrivna tələb edirlər. O qədər pulu olmayanlar isə işsizlik, qıtlıq və çatışmazlıq şəraitində rus terrorçularının girovluğunda qalmağa məhkumdurlar.

Ağasəf Babayev