“Hər şeyin öz vaxtı var”

24 May 2022 05:12 (UTC+04:00)

Bu arada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya neftinə dərhal qadağa qoyulmasına qarşı çıxaraq b’yan edib ki, Avropa İttifaqı buna tam və dərhal qadağa qoya bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu fikri “MSNBC”-yə müsahibəsində bildirib.

Avropa Komissiyasının rəhbərinin fikrincə, Brüssel indi Rusiyadan aldığı neftə embarqo tətbiq etsə, bu halda Rusiya lideri Vladimir Putin “...yəqin ki, Avropa İttifaqına satmadığı nefti dünya bazarına köçürmək məcburiyyətində qalacaq. Bu isə nefin qiymət artımına və bununla yanaşı Rusiyanın xeyli varlanmasına yol açacaq”.

Ursula fon der Leyen qeyd edib ki, Avropa Rusiya enerjisindən zamanla imtina edəcək, yəni bizlərdə deyildiyi kimi: “hər şeyin öz vaxtı var”.

Maraqlıdır ki, bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayan xanım siyasətçi oxucuları da intizarda qoymuş olub.

Ağasəf Babayev