Qərb Rusiyaya qarşı düz yolda deyil?

24 May 2022 03:09 (UTC+04:00)

Rusiyanı məğlub etmək lazımdır deyən Qərb siyasətçiləri tarixdən çox az şey bilirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar ertəsi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov E. M. Primakov gimnaziyasında “Liderə 100 sual” layihəsi çərçivəsində çıxışı zamanı deyib.

Biz indi tariximizin belə bir dövrünü yaşayırıq. Bu gün Qərb qarşısına Rusiyanı məğlub etmək məqsədi qoyub. Onlara görə, Rusiyanı döyüş meydanında uduzmalıdır.

“...Amma əminəm ki, siz tarixi daha yaxşı bilirsiniz. Hətta bu cür "tövsiyyələr" atan Qərb siyasətçilərindən də daha çox. Onlar yəqin ki, məktəbdə yaxşı oxumayıblar. Keçmişi və Rusiyanın nə olduğunu başa düşərək yanlış nəticələr çıxarırlar".

Bunları deyən Lavrov əlavə edib ki, Qərb etiraf etməyə məcbur olacaq ki, Rusiyanın həyati maraqlarına davamlı olaraq cəzasız hücum etmək olmaz.

Xarici işlər nazirinin sözlərinə görə, Rusiya bir çox Qərb hökumətlərinin məişət səviyyəsində rusofobiya təzahürləri ilə “oynamaq” cəhdlərindən narahatdır.

Əgər Qərb münasibətlərin bərpası baxımından Rusiya Federasiyasına nəsə təklif etmək istəsə, o zaman Moskva bunun “lazım olub-olmayacağını” ciddi şəkildə düşünəcək”,

Deyim ki, bu Lavrovun bu sözləri daha şox xəbərdarlıq səpkisi daşıyır.

Ağasəf Babayev