Terrorla mübarizə çərçivəsində PKK-nın daha iki üzvü məhv edilib

24 May 2022 02:56 (UTC+04:00)

Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyatla İraqın şimalındakı Mosulda terror təşkilatı PKK/HPG-nin Mahmur-Kərkük-Süleymaniyyə sahəsindən məsul şəxsi terrorçu Mehmet Ərdoğan zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, MİT 2021-ci ildən etibarən Mehmet Ərdoğanın Hacı Mirzə Əli adına verilmiş saxta şəxsiyyət vəsiqəsi ilə Mahmur düşərgəsində yaşadığını müəyyən edib.

Bu məlumatdan sonra MİT 21 may 2022-ci ildə Mahmura istiqamətli keçirdiyi əməliyyatla Mehmet Ərdoğanı zərərsizləşdirib.

"Eren Abluka-5" əməliyyatı çərçivəsində Şırnak vilayetinin Bestler Dərələr bölgəsində PKK terror təşkilatının 2 üzvü zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada Şırnak Jandarma Regional Bölgə koordinasiyasında Bornova və Çakırsögüt Jandarma Komando Briqada Komandirliklərinin komando birliklərinin başlatdığı əməliyyat çərçivəsində Bestler Dərələr bölgəsində 2 terrorçunun ölü ele keçirildiyi qeyd edilib.

Açıqlamada bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Digər tərəfdən, Tunceli vilayetinin Ovacık qesebesi erazilerinde həyata keçirilən əməliyyatda terrorçular tərəfindən istifadə olunduğu müeyyen edilən 10 bunker məhv edilib.

Valiliyin melumatına açıqlamaya görə, Vilayet Jandarma Komandanlığı qrupları "Eren Abluka-7 Şəhid Jandarma Mütəxəssisi serjant Burak Tortumlu əməliyyatı" çərçivəsində qəsəbə ərazilərində əməliyyat həyata keçirilib.

Bölgədə axtarış aparan təhlükəsizlik qüvvələri meşə sahəsində terrorçular tərəfindən istifadə olunan 10 bunker müəyyən edib.

Jandarma qrupları bunkerləri yararsız hala salıb.

Bu arada, separatçı terror təşkilatı PKK-nındağılma prosesi davam edir, daha 1 təşkilat üzvü inandırma səyləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Beləliklə, 2022-ci ildə inandırma yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 33-ə yüksəlib.