“Odlar yurdu” ansamblı Krasnoyarskda çıxış edəcək

24 May 2022 01:38 (UTC+04:00)

Mayın 29-da Azərbaycanın “Odlar Yurdu” xalq mahnı və rəqs ansamblı Krasnoyarskda çıxış edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsert proqramında tamaşaçılar "Azərbaycan ritmləri", Azərbaycan xalq rəqsləri - "Qaytağı", "Sarı gəlin", "Cigitlər", "Yallı-Zorxana", "Popurri" - müxtəlif ölkələrin xalq eskizləri, məzəli "Çobanlar rəqsi" kimi tamaşalara baxacaqlar.

Xatırladaq ki, "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblı 2007-ci ildə yaradılıb. Krasnoyarsk diyarının ən güclü və parlaq milli xoreoqrafik kollektivlərindən olan ansamblın rəhbəri Aqil Cəfərovdur. “Odlar Yurdu” kollektivi daim yaradıcı axtarışdadır, repertuarını yeniləyir, ona görə də çıxışları həmişə rəngarəng və parlaqdır. Ansambl bir neçə dəfə beynəlxalq və bir çox Rusiya festivallarının qalibi olub.