İngiltərədə mövsümün rəmzi komandası

24 May 2022 01:34 (UTC+04:00)

"WhoScored" statistika saytı İngiltərə Premyer Liqasının 2021/22 mövsümünün rəmzi komandasını açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "11-liy"ə düşməyib. Siyahıda "Liverpul"dan 6, çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb. Mövsümün futbolçusu adına isə "Mançester Siti"dən Kevin De Brüyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Hın Min, Harri Keyn (hər ikisi "Tottenhem").