İmran Xan növbədənkənar seçki tələbindən imtina etmir

24 May 2022 00:06 (UTC+04:00)

Keçmiş Baş nazir tərəfdaşlarına çağırış edib ki, mayın 25-də paytaxt İslamabadda yürüşə çıxaraq növbədənkənar seçki tələblərini səsləndirsinlər.

SİA-nın əldə etdiyi məlumata görə, İmran Xan Peşavər şəhərində etdiyi çıxışında : “Yeni hökuməti rəsmiyyətə tanımıyacayıq. Biz növbədən kənar seçkilərin keçirilməsini istəyirik. Hökümət bu tələbimizə biganə qalmamalı və bunu səsləndirmək üçün təşkil edəcəyimiz aksiyalara müdaxilə etməməlidir”.

Xatırladaq ki, Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti ləğv edildi. Aprelin 11-də keçirilən seçkidə ölkədə üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçildi.