Renat Dadaşov Portuqaliya klubundan ayrılıb

23 May 2022 22:00 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliyanın "Tondela" klubundan ayrılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə futbolçu öz instaqram səhifəsində paylaşım edib.

R.Dadaşovun icarə əsasında çıxış etdiyi Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatıb.

Qeyd edək ki, futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.