Fələstinli tələbə Entoni Blinkenin əlini sıxmaqdan imtina edib

23 May 2022 21:55 (UTC+04:00)

ABŞ-ın Corctaun Universitetində keçirilən məzun mərasimində diplomunu almaq üçün Fələstin bayrağı ilə səhnəyə çıxan fələstinli tələbə ABŞ dövlət katibi Entoni Blinkenin əlini sıxmaqdan imtina edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

ABŞ-ın Vaşinqtondakı Corctaun Universitetində məzunların təqdimat mərasimi keçirilib.

Diplomunu almaq üçün səhnəyə çıxan fələstinli tələbə əlində Fələstin bayrağını dalğalandıraraq səhnəyə çıxan və tələbələri təbrik edən Entoni Blinkenin əlini sıxmayıb.

Blinkenin əlini sıxmadan səhnədəki digər şəxslərlə əl sıxan tələbənin o zamankı çıxışlarında ABŞ rəhbərliyinin siyasətini tənqid etdiyi öyrənilib.