Nazir Estoniyanın sədri ilə görüşüb - FOTOLAR

23 May 2022 20:19 (UTC+04:00)

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. RİNN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub.