Beynəlxalq Valyuta Fondu missiya hesabatı açıqlayıb

23 May 2022 16:33 (UTC+04:00)

İİTKM-in departament rəhbəri Ayaz Museyibov BVF Azərbaycanda fiskal islahatlarla bağlı may ayının 20-də yeni hesabat açıqlayıb. İİTKM-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müvafiq hesabat BVF missiyasının 2021-ci ilin may və avqust ayları üzrə ölkədə apardığı araşdırma və tədqiqatlara əsaslanır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının (GFS) vəziyyətinin ümumilikdə akdekvat olması vurğulanıb. Eyni zamanda, GFS-in daha geniş dövrləri əhatə edən və qərar qəbuletmə proseslərinə təsirini gücləndirmək məqsədi ilə missiya qrupu tərəfindən 1 illik xüsusi tədbirlər planı hazırlanıb.

Hazırda Azərbaycanda GFS üzrə mövcud olan infrastruktur və hesabatlılığın xüsusiyyətləri barədə məlumatlar hesabatda qeyd olunub. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar qeyd edilib.

Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühiti təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi də bildirilib.