Mənim üçün olduqca xoş bir görüş oldu - "Qarabağ"ın baş məşqçisi

23 May 2022 16:39 (UTC+04:00)

“Düşünürəm ki, çox maraqlı bir layihə idi. Düzdür, bu dərəcə maraqlı olacağını gözləmirdim, buna görə də hazırlıqlı deyildim. Bəlkə də hazırlıqlı olsam və daha çox vaxtımız olsaydı, sualları daha ətraflı cavablandırardım”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, inanıram ki, mənim qədər hər kəs üçün maraqlı bir görüş baş tutdu: “Ümumiyyətlə son vaxtlar istər televiziyadakı proqramlar, istərsə də bu cür tədbirlər, layihələr artıb. Fikrimcə bütün bunlar çox əhəmiyyətlidir. Bu cür görüşlər sayəsində biz gənclərlə birbaşa əlaqadə oluruq və onların suallarını cavablandıra bilirik. Mənim üçün də olduqca xoş bir görüş oldu. Bəlkə də futbolda bəzi qərarları vermək asan idi, nəinki burada gənclərimizin suallarını cavablandırmaq. Bu cür tədbirlərin davamlı olması gənclərin idmana marağının artırılmasında da mühüm əhəmiyyət kəsb edir”.