Azərbaycanda son sutkada 1 nəfər peyvənd olunub

23 May 2022 16:38 (UTC+04:00)

Azərbaycanda son sutkada 1 nəfər vaksinasiya olunub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci və ikinci doza vaksin vurduranlar olmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 olub. Pozitiv nəticədən sonra “buster” doza vaksin vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 215, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.