Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

23 May 2022 15:07 (UTC+04:00)

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb.

İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.