İranda 5,5 bal gücündə zəlzələ olub

23 May 2022 13:19 (UTC+04:00)

Bu gün yerli vaxtla 12:06-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ 16 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.