MGH-nin infeksionisti “Meymun çiçəyi” xəstəliyi barədə məlumat verib - MÜSAHİBƏ

23 May 2022 11:25 (UTC+04:00)

Dünya növbəti virus təhlükəsilə üz-üzədir. Bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib. Afrikadan kənarda ilk yoluxma 2003-cü ildə ABŞ-da qeydə alınıb. 2017-ci ildə Nigeriyada “Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva “Meymun çiçəyi” xəstəliyi ilə bağlı suallarımızı cavablandırıb.

Mədinə həkim, “Meymun çiçəyi” xəstəliyi nədir?

“Meymun çiçəyi” nadir bir virusdur. Meymun xəstəliyinə səbəb olan virus çiçək virusu ilə eyni ailədən olan virusdur. Ona görə xəstəliyin gedişatı çiçək xəstəliyi ilə çox oxşardır. Səpgilərdən onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür.

“Meymun çiçəyi” virusu olan insandan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Xəstəlik insanlara çöl itlərindən keçib. “Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar.

“Meymun çiçəyi” xəstəliyinin əlamətləri hansılardır?

Meymun çiçəyi” xəstəliyi Çiçək xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir. Qızdırma ilə başlayar, əzələ ağrısı, halsızlıq. Qızdırmadan 3 gün sonra artıq səpgilər əmələ gəlir. Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər. Bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Virus birbaşa təmas yolu ilə, o cümlədən meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də ötürülə bilər.

“Meymun çiçəyi” xəstəliyi insanlar üçün təhlükəlidirmi?

Bu xəstəlik molekulyar vizikulyar səpgilərlə vicuda yayılır. Xəstəliyin ən qorxulu məqamı isə pnevmaniya əmələ gətirməsidir. Pnevmaniya əmələ gəldikdə, ölüm riski daha yüksəkdir.

Bəs Meymun çiçəyinin çiçək xəstəliyindən fərqi nədir?

Fərqi çiçək xəstəliyində olmayan, amma “monkey box” xəstəliyində olan limfa düyünlərində böyümə əmələ gətirir ki, bu da “Meymun çiçəyi” xəstəliyinin xarakterik xüsusiyyətlərindən biridir.

“Meymun çiçəyi” xəstəliyi daha çox hansı ölkələrdə yayılıb?

İspaniyada 20-dən çox adamda “Meymun çiçəyi” xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada da vəziyyət eyni qiymətləndirilir. Böyük Britaniyada yoluxanların ümumi sayı 10-u keçib. . Hazırda xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir.

Mədinə həkim, Meymun çiçəyi xəstəliyinə qarşı dünyada peyvənd varmı?

Bəli, “Meymun çiçəyi” xəstəliyinə qarşı peyvənd mövcuddur. Belə ki, Çiçək xəstəliyinə qarşı olan peyvənd “monkey” xəstəliyinə qarşı da istifadə olunur. Bu peyvənd insanları “Meymun çiçəyi” xəstəliyindən 85% qoruyur. Eyni zamanda, Amerikada qeydiyyatdan keçmiş bir vaksini var. O vaksinin də həm çiçəyə qarşı, həm də monkey xəstəliyinə qarşı qoruyuculuğu var.

Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni apardı

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi