Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək

23 May 2022 11:25 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 27-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, qəbul Şabran rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 142) saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.