Süni qiymət artımına qarşı mübarizə NECƏ APARILMALIDIR? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

23 May 2022 11:16 (UTC+04:00)

“Aparılan monitorinqlər göstərdi ki, istehlak bazarında, hətta yerli istehsal olunan məhsullar da əvvəlki illərlə müqayisədə daha yüksək qiymətə təklif olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, burada xüsusən yerli kənd təssərrüfatı məsullarının yüksək qiymətə təklif olunması infilyasiya yaradıcı xarakter daşıyır: “Xüsusən də yerli məsulların optimallaşdırılması üçün süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Nəzərə alsaq ki, Nazirlər Kabineti tərəfindən anti-infilyasiya tədbirləri qəbul olunub. Həmin tədbirlərin əsas istiqamətlərindən biri də məhz süni qiymətlərə qarşı mübarizənin genişləndirilməsidir. Bütün hallarda təklif olunan məhsullar üzrə xərcdə ciddi fərqlər yoxdursa, qiymətlərin yüksək təklif olunması süni şəkildə qiymətlərin artırılması deməkdir. Təbii ki, əvvəlki dövrlərdə xarici ölkəkələrdən nisbətən ucuz kənd təssərrüfatı məsulları idxal olunurdu. Hazırda isə bir sıra aqrar ölkələr məsul ixracını dayandırdı. Bu da Azərbaycan bazarına da öz mənfi təsirlərini göstərdi. Xaricdən daha ucuz məsulların idxal olunması yerli məsulların qiymətinə də təsir göstərir və həmin məsulların qiymətində ucuzlaşma müşahidə olunur. Bütün hallarda qiymətlərin optimallaşdırılması, daha uyğun qiymətə kənd təssərrüfatı məsulları satışının təşkil edilməsi üçün monitorinqlərin keçirilməsi və bu istiqamətdə xüsusən də süni qiymətlərə qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var”.