Bakıda mənzildən 62 min dollar oğurlanıb

23 May 2022 11:00 (UTC+04:00)

Bakıda mənzildən 62 min dollar oğurlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.