Azərbaycan və Litva Respublikaları arasında əlaqələr günü-gündən genişlənir ŞƏRH

23 May 2022 11:05 (UTC+04:00)

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Litva respublikası ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Bu da səbəbsiz deyil. Çünki ölkəmiz Litva respublikası ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikala ilə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən, Litva Respublikası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğal olunması faktının tanınması və Dağlıq Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verdiyi kimi, Litva Respublikası da Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır.Prezident cənab İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir ki, Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Litva Respublikasının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilməlidi. Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Məlum olduğu kimi, Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Respublikasında elə bir şərait yaradılıb ki, biznes mühiti bütün dünya investorları üçün əlverişlidir. Hər iki ölkənin rəsmiləri ilə yanaşı, iqtisadiyyatın bir çox sahələrini təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı ən yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlar var ki, bundan da gələcəkdə maksimum səviyyədə istifadə olunması qarşıya prioritet vəzifə olaraq qoyulyb. Bütün bunların nəticəcində Azərbaycanın dünya iqtisadiyyatında oynadığı rolu daha da artacaq.Məqsədyönlü şəkildə apardığı daxili və xarici siyasət Möhtərəm Prezidentimiz İlham Əliyevin dünya siyasətçiləri arasında birincilər sırasında olduğunu bir daha göstərir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri