Hindistan və Banqladeşdə daşqınlar insan tələfatına səbəb olub

23 May 2022 06:23 (UTC+04:00)

Hindistan və Banqladeşdə həftənin əvvəlindən yağan güclü yağışların səbəb olduğu daşqınlar, torpaq sürüşmələri və fırtınalar nəticəsində ən azı 57 nəfərin öldüyü bildirilir.

Hindistan mətbuatının məlumatına görə, Hindistan və Banqladeşdə baş verən daşqınlar, torpaq sürüşmələri və qasırğalar milyonlarla insanın həyatına mənfi təsir göstərib.

Hindistanın Bihar əyalətində cümə axşamı fırtınanın səbəb olduğu insidentlərdə ən azı 33 nəfər həlak olub.

Ölkənin ən çox zərər çəkmiş bölgələrindən biri olan Banqladeşlə sərhəddə yerləşən Assam əyalətində 14 nəfər ölüb.

Assamda 850 mindən çox insan ünsürlərdən təsirlənib, 90 mindən çox insan evlərindən təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Ştatda çoxlu sayda evə ziyan dəyib. Rayonun kənd təsərrüfatı torpaqlarına və məhsullarına böyük ziyan dəyib.

Şimal-şərq Banqladeş son illərin ən güclü daşqını ilə üzləşib, çünki güclü yağışlar nəticəsində çaylar öz sahillərini basıb. Təbii fəlakət bölgədə 2 milyon insanı əhatə edib.

Banqladeş rəsmiləri indiyədək daşqın nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb. Ölkənin şimal-şərqindəki Sylhet şəhərində 50 mindən çox evdə elektrik enerjisi kəsilib.

Qeyd olunur ki, suyun səviyyəsi aşağı düşmədiyi üçün bir müddət ərazidə işıq olmayacaq.

Ağasəf Babayev