Böyük Britaniya yoxsulluğun kəndarında?

23 May 2022 02:56 (UTC+04:00)

Britaniyanın “The Times” nəşrinin redaktoru Stiven Svinford İngiltərə parlamentinin Xəzinədarlıq Komitəsinin üzvlərinin iclasında iştirak edərkən, öz Twitter səhifəsində Böyük Britaniya bankının rəhbəri Endryu Beylinin bir sıra bəyanatlarından sitat gətirib. Bu barədə İctimai Xəbərlər Xidməti məlumat yayıb.

Britaniyanın “The Times” nəşrinin redaktoru Stiven Svinfordun yazdığına görə, bu gün Britaniya iqtisadiyyatında qiymətlərin “apokaliptik” yüksəlişi yaşanır və Böyük Britaniya Bankı şokedici inflyasiyanın xarici səbəblərini aradan qaldıra bilmir. Qeyd edək ki, ” nəşr redaktoru bunu Böyük Britaniya bankının rəhbəri Endryu Beylinin dediklərinə istinadən bildirib.

SİA “rambler”dən əxz etdiyi materialı əsas tutaraq bildirir ki, Beyli Britaniya Bankının bu sahədəki acizliyini inflyasiya səbəblərinin 80 faizinin xarici şoklarla əlaqələndirib.

Qeyd edilir ki, İngiltərədə 4,5 milyondan çox ev təsərrüfatları hesablarında əvvəlcədən ödəmə rejimini söndürüb və borclar orta hesabla 120 funt sterlinq artıb. İngiltərə Bankının rəhbəri deyir ki, ölkə əhalisinin bir hissəsi isinmək üçün ən yaxın “McDonald's” restoranlarına gəlirlər.

Yeri gəlmişkən, rus saytının yazdığına görə, ekspertlər Böyük Britaniyanın 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq qərarını genişmiqyaslı böhran üçün ilkin şərt adlandırıblar.

Ağasəf Babayev