Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb

23 May 2022 02:25 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə keçirilən beynəlxalq turnir davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şahmatçımız Misrətdin İsgəndərov ötən iki turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Nicat Abasov, Məhəmməd Muradlı 1,5, Aydın Süleymanlı 1 xal toplayıblar.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.