Əsil həqiqəti Sobçak bilirmiş...

23 May 2022 02:00 (UTC+04:00)

...Hə, bə mən nə deyirdim? Amma Siz mənə inanmırdınız. Mən demirdim ki, Əlişirin İrinanın talağını geri oxutdurmaqda bizim bilmədiyimiz nəsnələr var. Amma Siz yenə də mənə inanmırdınız. Onda gəlin, rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçakın dediklərinə inanın...

Deməli, Sobçak deyir ki, İrina Viner-Usmanova heç vaxt ərinə bağlı qadın olmayıb.

Sobçak Əlişirin İraya necə təsirli davrandığının dəfələrlə şahidi olduğuna da and içir. Amma İrina...

Deyim ki, Kseniya Sobçak ayrılacaq cütlüklə bağlı bir şeyə əmindir. O əmindir ki, cütlük ayrılsa da, amma dostluqları sonadək davam edəcək.

Eh, mən də deyirəm, nə deyəcək...neynirəm o qızıl teşti...yox, deyəsən bu düz gəlmir...

Onda, gəlin sözü yenidən Sobçaka verəyin.

Deyim ki, Kseniya Əlişir-İrina cütlüyünün boşanması ilə bağlı yazısını çox kövrək notlar üzərində bitirir. Diqqət yetirin: “...həyatda hər şey olur. Bununla belə, Əlişirlə İrina hələ də bir-birinə yaxın insanlar olaraq qalırlar”

...Sizi bilmirəm, amma mən bundan heç nə başa düşmədim.

Ağasəf Babayev