Qvardiolanın sevinc göz yaşları

23 May 2022 01:46 (UTC+04:00)

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə Premyer Liqasının qalibi olmasından sonra emosiyalarını saxlaya bilməyib.

Qol.az xəbər verir ki, mütəxəssis çempionatın son turunda "Aston Villa"ya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra sevinc göz yaşlarına boğulub.

Qeyd edək ki, “Mançester Siti” 38 oyundan 93 xal toplayaraq 2-ci yerdə qərarlaşan “Liverpul”u bir xal qabaqlayaraq İngiltərə çempionu olub.