ABŞ Ukraynaya hərbi tədarükü dayandırmayacaq

22 May 2022 23:46 (UTC+04:00)

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib ki, Ukraynaya hərbi tədarükləri ayrı-ayrı silah göndərişlərini izləməklə və onlara hücum etməklə kəsmək olmaz

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Sallivan qeyd edib ki, Vaşinqton Kiyevi silahla təmin etmək üçün çoxşaxəli və davamlı sistemə malikdir.

“Əgər vəziyyət belədirsə, Rusların Ukraynadakı bəzi tədarükləri müəyyən edib onlara hücum edə biləcəyini nəzərə alsaq, bu, strateji mənada bizim verdiyimiz hərbi yardımı kəsməyəcək”.

Əli Babayev