Türkiyə XİN rəhbəri 15 ildən sonra İsrailə səfər edəcək

22 May 2022 23:14 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İsrailə səfər etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu səfər son 15 ildə nazirin İsrailə ilk səfəri olacaq.

Bundan əvvəl M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşmək üçün İsrailə səfər etməyi planlaşdırdığını bildirib. O, İsrail səfərindən bir gün əvvəl Fələstinə də səfər etməyi planlaşdırır.