Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqavilə imzalayıb

22 May 2022 22:19 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenkonun yeni klubu müəyyənləşib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, voleybolçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Ötən mövsüm bu ölkədə “Bolu Bələdiyyəspor”un şərəfini qoruyan voleybolçu “Çukurova Bələdiyyəspor”la anlaşıb. İyirmi beş yaşlı oyunçunun müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, O.Xarçenkonun yeni komandası ötən mövsüm 1-ci liqanın final mərhələsində ikinci yeri tutaraq Super Liqaya yüksəlib.