Qırğızıstanla Özbəkistan sərhədində qəza baş verib

22 May 2022 20:53 (UTC+04:00)

Qırğızıstanla Özbəkistan sərhədində ekskavator daşıyan yük maşınının Çeçmə sərhəd qapısına çırpılması nəticəsində 8 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yük maşını sel fəlakəti ilə əlaqədar Bocoy kəndinə ekskavator aparıb. Qəza nəticəsində 2-si Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmaqla 8 nəfər həyatını itirib, 9 nəfər həlak yaralanıb.
Qeyd edək ki, qəzadan sonra hadisə yerinə Qırğızıstandan 6 maşın və 40 xilasedici, Özbəkistandan isə 4 maşın göndərilib.