6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlanıb - DİM

22 May 2022 15:12 (UTC+04:00)

Bugünkü imtahanda altı nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bir nəfərdə isə “ağıllı” saat aşkarlanıb. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib.