Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verildi

22 May 2022 14:12 (UTC+04:00)

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - diplomat sosial şəbəkə hesabında yazıb.